FİFA İdman Federasiyasının prezidentini öpüşə görə cəzalandırdı - VİDEO

FİFA İdman Federasiyasının prezidentini öpüşə görə cəzalandırdı - VİDEO

Qadınlar arasında dünya çempionatının finalında mükafatlandırma mərasimində İspaniya İdman Federasiyasının prezidenti Luis Rubiales ispaniyalı forvard Cenni Hermosonun dodaqlarından öpüb.


Sfera.az bildirir ki, bu qəbuledilməz münasibətə etiraz olaraq İspaniyanın qadınlardan ibarət milli komandasının demək olar ki, bütün məşqçilər korpusu istefa verib.
 

Bu gün, avqustun 26-da 11 məşqçi və texniki heyət Luis Rubialesin davranışını pisləyən birgə bəyanat yayıb. O, dünya çempionatının finalında mükafatlandırma mərasimi zamanı bir qadının iradəsinə zidd olaraq onun dodaqlarından öpüb. Bunun üçün hətta futbolçunun başından tutub. Futbol federasiyası bu davranışı qəbuledilməz adlandırıb. Eyni zamanda Rubiales günahsız olduğunu sübut etmək niyyətindədir.
 

Həmçinin, futbol federasiyasının əməkdaşları bildiriblər ki, onlara avqustun 25-də İspaniya federasiyası prezidentinin çıxışında iştirak etmək tapşırılıb. Bir çox qadın Luis Rubialesin mövqeyi ilə razılaşdıqlarını bildirmək üçün birinci sırada oturmağa məcbur olub.


FİFA isə öz növbəsində Rubialesi 90 gün müddətinə bütün səviyyələrdə bütün futbol fəaliyyətlərindən uzaqlaşdırıb. FİFA intizam hakimi Xorxe Palasio bildirib ki, futbol federasiyasının prezidentinə Hermoso ilə hətta üçüncü şəxslər vasitəsilə əlaqə saxlamaqdan çəkinmək tövsiyə olunub. Eynilə İspaniya Futbol Federasiyası da futbolçu və onun yaxınları ilə əlaqə saxlamağa çalışmamalıdır.

 

Qeyd edək ki, Luis Rubiales istefa verməkdən imtina etdiyi, üstəlik, baş verənlərdə özünü qurban kimi göstərməyə çalışdığı üçün FİFA belə bir addım atıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...