Logo

Qurban Qurbanov “Olimpiya” ilə oyundan danışdı

Qurban Qurbanov “Olimpiya” ilə oyundan danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəkləri ilk matç barədə fikirlərini bildirib.

Təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında maraqlı qarşılaşma olacağını deyib.

“Olimpiya” ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.

Qeyd edək ki, sabah Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR