“Turan Tovuz” stadion problemini həll etdi
Kateqoriya məlum deyil
“Turan Tovuz” stadion problemini həll edib.
Klubdan Sfera.az-a verilən məlumata görə, Tovuz şəhər stadionunda VİP sektor yenidən istifadəyə verilib.
Əsas tribunada olan VİP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.
Qeyd edək ki, “Turan Tovuz” cari mövsümdə Premyer Liqada ilk ev oyununu IV tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Görüş avqustun 26-da baş tutacaq.






