Logo

Rafael Ağayev beşqat dünya çempionu oldu

Rafael Ağayev beşqat dünya çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Karateçimiz Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib. Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR