Logo

Maqnus Karlsen Bakıda zəhərlənib - VİDEO

Maqnus Karlsen Bakıda zəhərlənib - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Onun sözlərinə görə, son iki gündür yemək yeyə bilmir:

“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim  isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim. Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də mən çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi” - deyə bildirilib.

Norveçli qrossmeyster bu gün Bakıda keçirilən dünya çempionatının final mərhələsinin ilk oyununda hindistanlı, 18 yaşlı Rameşbabu Praqnanandha ilə heç-heçə oynayıb.

İkinci partiya avqustun 23-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR