Logo

Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTOREPORTAJ

Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTOREPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib. Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər.

Sfera.az xəbər verir ki, fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.

Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medala sahibləniblər. Komanda növündə gümüş medala Almaniya komandası, bürünc medala Hindistan komandası sahiblənib.

Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Boven Janq turnirdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb: “Bakıya gəldiyim üçün çox məmnunam. Çünki, çox gözəl şəhərdir. Eyni zamanda çempionat yaxşı təşkil olunub. Yarışa gəlincə, çox sevincliyik. Hər birimiz əlimizdən gələni etdik. Çalışırdıq ki, komanda yarışında ən yüksək xalı toplayaq. Buna nail olduq. Əlimizdən gələni etdik və qalib olduq”.

27 yaşlı idmançı fərdi yarışdakı çıxışı barədə də danışıb. O, gümüş medalçı Damir Mikeçlə arasındakı rəqabəti belə dəyərləndirib: “Belə yarışlarda rəqib baxımından həmişə təhlükə var. Atıcılıq yarışındakı ən vacib məsələ insanın öz-özünə qalib gəlməsidir və konsentransiya olmasıdır. Ona görə diqqətimi özümə yönəltdim. Heç kimi fikirləşmədim və qalib gəldim”.

Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları barədə danışan Boven Janq bunları deyib: “Təbii ki, lisenziya qazandığımız üçün çox sevinirik. Çox şadam ki, ölkəm üçün nəsə edə bildim. Mən əlimdən gələni edəcəyəm ki, Olimpiya Oyunlarında yaxşı nəticə göstərim. Fərdi naliyyətimlə yanaşı, komandanı da fikirləşirəm”.

Çin komandasının digər üzvü Cunhuy Liu mundialın keçirildiyi Bakı Atıcılıq Mərkəzi və yarışla bağlı müsbət fikirdə olduğunu gizlətməyib: “Bakıya artıq ikinci səfərimdir. İlk dəfə mayda - dünya kubokuna gəlmişdim. Bakı Atıcılıq Mərkəzindən və yarışın təşkilində çox razıyam. Hər şey yüksək səviyyədə təşkil olunub. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm”.

Bu gün eyni zamanda qadınlar arasında 10 metr məsafəyə pnevmatin tapançadan atəş üzrə yarışın qalibləri də müəyyənləşəcək.

Orxan

Fotolar: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR