Logo

"Qarabağ"ın HİK-lə oyun üçün səfər proqramı AÇIQLANDI

"Qarabağ"ın HİK-lə oyun üçün səfər proqramı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın Finlandiyada HİK-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün səfər proqramı bəlli olub.

Sfera.az Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 16-da, saat 11:00-da sözügedən ölkəyə yollanacaq.

Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı həmin gün, Bakı vaxtı ilə saat 20:15-də start götürəcək. 15 dəqiqə sonra isə komandanın açıq məşqçi gerçəkləşəcək.

Qeyd edək ki, HİK - "Qarabağ" matçı avqustun 17-də, saat 20:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Azərbaycan çempionu qələbə qazanıb - 2:1.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR