Logo

"Qarabağ" yarım milyon avroluq hücumçunu TRANSFER EDƏCƏK - FOTO

"Qarabağ" yarım milyon avroluq hücumçunu TRANSFER EDƏCƏK - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" klubu yarım milyon avroluq transferə hazırlaşır.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi Çilinin "Kolo-Kolo" klubundan Xordi Tompsonla maraqlanır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qarabağ" 19 yaşlı sol cinah oyunçusu üçün icarə təklifi göndərsə də, Çili klubu razılaşmayıb. "Köhlən atlar"ın yay transfer pəncərəsi bağlanana qədər hücumçunun keçidi üçün daha sərfəli təklif göndərəcəyi bildirilir.

Oyunçu ilə Niderland Eredeviziyasından "Tvente" klubu da maraqlanır. Futbolçunun "Transfermarkt"də dəyəri 550 000 avro civarındadır.Qeyd edək ki, Çili U-20 millisinin üzvü olan Tompson peşəkar klub karyerasına 2021-ci ildə "Kolo-Kolo"da start verib. (Offsideplus.az)

"Qarabağ" yarım milyon avroluq hücumçunu TRANSFER EDƏCƏK - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR