Logo

FİFA millimizi indidən məğlub etdi

FİFA millimizi indidən məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb. Sfera.az Apasport.az-a istinadən xəbər verir ki, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil.

Proqnozlara əsasən, millimiz DÇ-2018-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir.

Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdi. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdı.

Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR