Logo

“Neftçi”nin stadionunun adı DƏYİŞDİRİLDİ

“Neftçi”nin stadionunun adı DƏYİŞDİRİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun adı dəyişdirilib.

Sfera.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın icraçı direktoru Fərrux Mahmudov özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, arena artıq nə “Bakcell Arena”, nə də “8-ci km stadionu” adlanacaq. Stadionun yeni adı “Neftçi Arena” olacaq.

F.Mahmudov UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la oyunun da həmin stadionda keçiriləcəyini bildirib. Bu addım azarkeşlərin istəyinə əsasən atılıb. Daha əvvəl “Neftçi”nin İstanbul klubunu Bakı Olimpiya Stadionunda qəbul etməsi planlaşdırılırdı.

“Neftçi”nin stadionunun adı DƏYİŞDİRİLDİ

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR