“Qarabağ”ın oyunlarına hakim təyinatları AÇIQLANDI

“Qarabağ”ın oyunlarına hakim təyinatları AÇIQLANDI

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandasına qarşı keçirəcəyi oyunlar üçün hakim təyinatları açıqlanıb.

 

Sfera.az xəbər verir ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək ilk qarşılaşmanı İsraildən olan hakimlər idarə edəcəklər.

 

Qarşılaşmanın baş hakimi Roy Raynşrayberə yan xətt hakimləri David Ellas Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim Erez Papir olacaq.

 

Avqustun 17-də Helsinki şəhərindəki eyniadlı stadionda keçiriləcək cavab oyununa isə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu görüşü Fransadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delayoda yan xətt hakimləri Ervan Finjin və Filipp Jann yardım edəcəklər. Tomas Leonard isə dördüncü hakim olacaq.


OXŞAR XƏBƏRLƏR

Sabirabadda ana doğuş zamanı öldü

İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı ...

Səfirliyimizə hücum edənin cəzası ağırlaşdırıldı

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris...

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...