Logo

Azərbaycan Universiadada ilk medalını qazandı

Azərbaycan Universiadada ilk medalını qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.

Sfera.az-ın məlumatına görə, 48 kq-da mübarizə aparan cüdoçu Leyla Əliyeva bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.

Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR