"Qarabağ" Şahruddinə İngiltərədən əvəzləyici tapdı 

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.

 

 Ağdam təmsilçisinin əsas "çərçivə qoruyucusu" Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

 

Sfera.az-ın məlumatına görə, "Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.

 

"Atlılar" Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.

 

Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.

 

Onu da bildirək ki, təcrübəli "əlcək sahibi" çiynindən aldığı zədə səbəbilə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.  (Offsideplus.az)


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...