Logo

Ərəb klubu ilə danışıqlara görə QOVULDU

Ərəb klubu ilə danışıqlara görə QOVULDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyanın "Zalsburq" klubunun rəsmi saytı baş məşqçi Matias Yaisslenin istefaya göndərildiyini açıqlayıb.

Sfera.az xarici mediaya istinadla bildirir ki, rəhbərlik alman mütəxəssisin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə danışıqlar apardığı üçün onu istefaya göndərmək qərarına gəlib.

"Biz inanırıq ki, belə mühüm mövsümün başlamasına cəmi iki gün qalmış yeni bir iş axtarmaqla məşğul olan baş məşqçi, iş başlayanda bu vəzifədə olmamalıdır", - “Salzburq”un baş direktoru Stefan Rayter açıqlamasında deyib.

Xatırladaq ki, “Zalsburq”un “Altaha”la qarşılaşacağı Avstriya çempionatının 1-ci turunun oyunu iyulun 29-da baş tutacaq.

35 yaşlı alman mütəxəssis Matias Yayssle 2021-ci ildə Avstriya klubunu çalışdırırdı. Onun rəhbərliyi altında “Zalsburq” iki dəfə ölkə çempionu olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR