Logo

"Qəbələ"nin baş məşqçisi: Belə penalti vermirlər...

"Qəbələ"nin baş məşqçisi: Belə penalti vermirlər...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bizi ağır matç gözlədiyini bilirdik. Cavab görüşündə daha yaxşısını etməyə çalışacağıq.

Sfera.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr "Omoniya"sına 2:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Baxşıyev oyun keyfiyyətini bəyəndiyini bildirib:

"Bu matçı analiz edib qarşıdakı görüşə hazırlaşacağıq. Qapıçını dəyişmək fikrimiz yoxdur. Ona inanırıq. Roman Bezusun da keyfiyyətli futbolçu olduğunu bilirdik".

Baş məşqçi qapılarına təyin olunan penalti ilə bağlı da danışıb:

"Bizim çempionatda belə epizodlara 11 metrlik cərimə zərbəsi vermirlər. Bunun üzərində çox qalmaq istəmirəm. Futbolçulara inanıram. Kiprdə layiqli mübarizə aparacağımıza ümid edirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR