Logo

“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirildi

“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

Sfera.az xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR