Logo

Gənc ispan Cokoviçin qarşısını kəsə bildi - “Wimbledon”un yeni qalibi kimdir? + FOTO

Gənc ispan Cokoviçin qarşısını kəsə bildi - “Wimbledon”un yeni qalibi kimdir? + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 16-da “Wimbledon” (Uimbldon) tenis turnirinin yeni qalibi müəyyən olunub.

Sfera.az xəbər verir ki, İspaniyalı Karlos Alkaras beş setlik həyəcanlı finalda mövcud çempion Novak Cokoviçə qalib gələrək “Wimbledon” titulunu qazanıb.

Kişilər arasında keçirilən tenis turnirinin finalı 4 saatdan artıq davam edib. Setlər 1-6; 7-6; 6-1; 3-6 və 6-4 hesabı ilə ümumilikdə ispaniyalının xeyirinə yekunlaşıb.
Yeni çempion 20 yaşlı gəncdir. O, indiyə qədər “Wimbledon” çempionu olmuş 3 ən gənc tenisçidən biridir.

Alkarasın rəqibi çox güclü və təcrübəli tenisçi olub. Cokoviçin 36 yaşı var və o, yeddiqat Uimbldon çempionudur. Buna baxmayaraq, gənc idmançı bütün imkanlarını, fiziki gücünü səfərbər edərək usta tenisçiyə qalib gələ bilib.

Cokoviçi mərkəzi kortda 2013-cü ildən bəri heç kim məğlub edə bilməyib. On il kortlarda hegemonluq edən peşəkar tenisçinin qarşısını gənc ispan idmançı ala bilib.

Vasif

Gənc ispan Cokoviçin qarşısını kəsə bildi - “Wimbledon”un yeni qalibi kimdir? + FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR