Logo

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Sfera.az-ın məlumatına görə, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR