Logo

"Qarabağ"ın legioneri Türkiyə klubu ilə anlaşıb

"Qarabağ"ın legioneri Türkiyə klubu ilə anlaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Çaykur Rizespor" komandası "Qarabağ"da çıxış edən Kevin Medina ilə anlaşıb.

Sfera.az-ın məlumatına görə, bu barədə türkiyəli jurnalist Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, kolumbiyalı futbolçu Ağdam klubunun iyulun 11-də Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Qara dəniz təmsilçisinin düşərgəsinə qoşulacaq.

30 yaşlı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR