Avropa Oyunları: Azərbaycan kikboksçusu yarımfinala yüksəlib
Kateqoriya məlum deyil
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Sfera.az-ın məlumatına görə, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.






