Logo

"Vilyarreal"ın sabiq futbolçusu Azərbaycan klubunda - RƏSMİ

"Vilyarreal"ın sabiq futbolçusu Azərbaycan klubunda - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sabah" klubu yeni transferini açıqlayıb.

Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi mərakeşli müdafiəçi Sofian Çaklanı heyətinə cəlb edib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib. (Offsideplus.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR