Logo

Xanım boksçumuz ermənini məğlub etdi

Xanım boksçumuz ermənini məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

Sfera.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb.

Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb.

Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR