Logo

“Qarabağ”ın oyunçusu Avropada həftənin ən yaxşıdır

“Qarabağ”ın oyunçusu Avropada həftənin ən yaxşıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Liqasının qrup mərhələsinin həftənin ən yaxşı futbolçusunu seçib.

Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, namizədlər arasında olan "Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana bütün rəqiblərini qabalayaraq həftənin ən yaxşı futbolçusu seçilib.

UEFA-nın rəsmi saytında keçirilən sorğuda 69 faiz səs toplayan 29 yaşlı futbolçu ən yaxın izləyiciləri olan Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo ("Panatinaykos”, 8 faiz), Pol Poqba ("Mançester Yunayted”, 7 faiz), Raul Rusesku ("Osmanlıspor”, 4 faiz), Antonio Kandreva ("İnter”, 2 faiz), Yevgeni Konoplyanka ("Şalke”, 2 faiz) və Nikola Kaliniçi ("Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə qabaqlayıb

Qeyd edək ki, "Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən Kintana oyunda ilk qolun müəllifi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR