Logo

"Real Madrid" Kərim Benzema ilə də yolları ayırdı

"Real Madrid" Kərim Benzema ilə də yolları ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edib.

Sfera.az bu barədə klubun rəsmi saytı xəbər verib.

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR