Logo

"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi

"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” mövsümün ən səs-küylü keçidini reallaşdırmağa yaxındır.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin “Neftçi”nin kapitanı Emin Mahmudovla apardığı danışıqlar müsbət istiqamətdə yekunlaşmaq üzrədir.

İndiyədək “ağ-qaralar”ın təklif etdiyi yeni müqaviləyə qol çəkməyən Emin mövqeyini iyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun finalından sonra açıqlamağı planlaşdırır. Düzdür, Mahmudov son anda qərarını dəyişə də bilər. Ancaq bu gün üçün o, məhz Qurban Qurbanovun rəhbərliyi altında Çempionlar Liqasında mübarizə aparmaq hədəfi ilə “Qarabağ”a qoşulmaq variantına üstünlük verir.

Emin Mahmudov bildirib ki, transferlə bağlı iyunun 3-də açıqlama verəcək.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin “Neftçi”yə qoşulacağı bəlli olub. (Fanat.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR