Logo

Məhkəmə Rusiya futbol klublarının UEFA-dan kənarlaşdırılması ilə bağlı qərarını qüvvədə saxladı

Məhkəmə Rusiya futbol klublarının UEFA-dan kənarlaşdırılması ilə bağlı qərarını qüvvədə saxladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya futbol klublarının UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılması ilə bağlı qərarı qüvvədə qalıb. Beləliklə, UEFA-nın bu məsələ ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarı dəyişməz olaraq qalır.

Sfera.az bildirir ki, 2022-ci ilin may ayında Rusiyanın Premyer Liqanın bir neçə klubu - “CSKA”, “Dinamo”, “Zenit” və “Soçi” UEFA-nın qərarının ayrı-seçkilik kimi ləğv edilməsini tələb edərək məhkəməyə müraciət etsə də, təşkilat (CAS) bu şikayəti rədd edib.

"Komissiya hesab edir ki, UEFA-nın üzləşdiyi fövqəladə və görünməmiş şəraitdə və nizamnamə məqsədlərinə nail olmaq üçün mübahisəli qərar ağlabatandır və qəbul edilməli idi"-press-relizdə deyilir.

Həmçinin UEFA-nın qərarının siyasi neytrallıq prinsiplərini pozmadığı, ayrı-seçkilik xarakteri daşımadığı, UEFA-nın səlahiyyətinə və mülahizəsinə aid olduğu vurğulanıb.

Nəticədə, Ukraynada baş verən hadisələrə görə Rusiya futbol klubları Avropa yarışlarına buraxılmayacaq.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR