Ronaldinyo Azərbaycan komandası ilə məşqə çıxacaq

Ronaldinyo Azərbaycan komandası ilə məşqə çıxacaq

 

 

Xəbər verdiyimiz kimi, məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

Sfera.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, "Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, "Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artır - Müqayisə

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları martda bir qədər də artıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu il aprelin 1-də valyut...

Vanqanın bu proqnozu düz çıxdı - Bu il başqa nə yaşanılacaq?

Gerçək adı Vangeliya Pandeva Guşterova olan və gələcəyi görə bilmək qabiliyyəti ilə tanınan Baba Vanga, 1996-cı ildə vəfat etsə də, dünyada baş verən bir çox mü...

Zaqatalada bacısını güllələyən şəxsə HÖKM OXUNDU

Bacısını öldürməkdə təqsirləndirilən Nurlan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, Şəki Ağır Cinayətl...

“Starlink” Azərbaycanda nəyi dəyişəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanda amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsi “Starlink&rdq...

Çin hərbi təlimdə həqiqi partlayıcılardan istifadə etdi - Gərginlik artır

Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimdə həqiqi mərmilərdən istifadə etməsi bölgədə gərginliyi artırıb. Şərqi Çin dənizində keçirilən təlimdə limanlara və...

"Bu cütlüklərin ömür yolu uzun olmur"- Sosioloqdan ETİRAZ

Ailələr evlilik və toylarla bağlı böyük məbləğdə vəsait xərcləyir. Hər 3 evlənəndən biri isə sonradan ailədaxili problemlər səbəbindən, maddi çətinlik nəticəsi ...