Logo

“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO

“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin “Qalatasaray” komandası "Çelsi"də çıxış edən mərakeşli ulduz Hakim Ziyeşi transfer etmək niyyətindədir.

Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ki, klub rəsmiləri oyunçu ilə Londonda bir araya gəlib.

PSJ-yə keçidi uğursuz olan Hakim Ziyeşin "Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkdiyi və burada xoşbəxt olmadığı bildirilir. Avropada bir çox futbolçu ilə görüşən Erden Timurun mərakeşli futbolçu ilə də müzakirələr apardığı üzə çıxıb.

London təmsilçisindən ayrılmaq qərarına gələn 30 yaşlı futbolçu ilə Türkiyənin başqa klubları maraqlansa da, Erden Timurun son görüşündə ingilis klubu ilə razılıq mərhələsinə gəldiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm 17 oyuna çıxan Hakim Ziyeş hələ ki, qol vurmayıb və cəmi 2 məhsuldar ötürmə edib. Mərakeşli futbolçunun bazar dəyəri 18 milyon avrodur.

“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO

“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR