Logo

Azərbaycanın qadın boksçuları Polşada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın qadın boksçuları Polşada beynəlxalq turnirdə iştirak edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Federasiyadan Sfera.az-a verilən məlumata görə, mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR