Logo

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olub.

Sfera.az xəbər verir ki, Ağdam klubu çempionluğu XXXIV turda səfərdə “Səbail”i məğlub etməklə rəsmiləşdirib.

3:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası xallarını 87-yə çatdırıb. “Atlılar” ən yaxın izləyicisi “Sabah”ı üç xal üstələyir. “Sabah” qalan üç oyunda qələbə qazansa belə, Ağdam klubuna çatması mümkün olmayacaq.

Bu, “Qarabağ”ın 10-cu çempionluğu olub. Komanda 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində də qalib adını qazanıb. Klub bu göstəricidə 9 dəfə çempion olan “Neftçi”ni geridə qoyub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR