Logo

3 ayda yol qəzaları bu qədər can aldı

3 ayda yol qəzaları bu qədər can aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2023-cü ilin yanvar-mart aylarında 370 yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən verilən xəbər görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub.

Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş verib, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR