Logo

Çempion "Napoli" "Fənərbağça"nın ulduzunu transfer edir

Çempion "Napoli" "Fənərbağça"nın ulduzunu transfer edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

33 il sonra İtaliya A Seriyası çempionu olan "Napoli" yeni transferə hazırlaşır.

Sfera.az xəbər verir ki, Eljif Elmas, Kim Min Ce transferlərinin ardınca Neapol təmsilçisi daha bir "Fənərbağça"lını heyətinə cəlb etməyə hazırlaşır.

"Napoli" bir çox Avropa klublarının hədəfində olan Fərdi Kadıoğlunu istəyir. Klub 23 yaşlı vinger üçün "sarı-lacivərtlər"ə 25 milyon avro ödəməyə hazırdır. Bu keçid baş tutarsa, "Fənərbağça" tarixinin ən bahalı satışı olacaq.

Qeyd edək ki, cari mövsüm "Fənərbağça"nın heyətində 42 oyun keçirən Kadıoğlu 3 qol və 3 assistə imza atıb.(Offsideplus.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR