Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəldi
Kateqoriya məlum deyil
Azərbaycanın idman gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda finala yüksəlib.
Sfera.az-ın məlumatına görə, 27 yaşlı idmançı halqalar ilə hərəkətlərin icrasında həlledici raunda vəsiqə əldə edib.
Final çıxışları aprelin 29-da olacaq.






