Logo

“Qarabağ”ın daha bir matçının vaxtı dəyişdirildi

“Qarabağ”ın daha bir matçının vaxtı dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

Sfera.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR