Məşqdə ürəyi dayanan 'Qarabağ'ın futbolçusunun SON DURUMU
Kateqoriya məlum deyil
Məşq zamanı ürəyi dayanaraq xəstəxanaya aparılan "Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə əməliyyata alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Fanat.az-a klubun mətbuta katibi Gündüz Abbaszadə məlumat verib.
O, bildirib: "Şirxan Həsənzadə "Liv Bona Dea" xəstəxanasına köçürülüb və əməliyyata götürülüb. Onun ürəyinə anju tədbiq olunur. Həkimlərin fikrincə, əməliyyatdan sonra vəziyyəti yaxşı olacaq. Anju əməliyyatından sonra həyati təhlükəni atladacağına ümidimiz böyükdür".






