Logo

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sfera.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla (2 qızıl, 2 gümüş, 2 bürünc) komanda hesabında Avropa çempionu olublar.

Yarış aprelin 23-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR