Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sfera.az xəbər verir ki, titullu idmançı həlledici qarşılaşmada bolqarıstan idmançısı Ramazan Ramazanovla üz-üzə gəlib.
Hacı Əliyev bu qarşılaşmadan qalib ayrılıb. O, 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb.






