Logo

Daha bir güləşçimiz Avropa çempionatında finala yüksəldi

Daha bir güləşçimiz Avropa çempionatında finala yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Sfera.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov yarımfinalda Ermak Kardanova (Slovakiya) qalib gəlib.

O, aprelin 19-da qızıl medal uğrunda görüşə çıxacaq.

Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR