Klopp azarkeşlərdən buna görə üzr istədi
Kateqoriya məlum deyil
"Liverpul"un baş məşqçisi Yurgen Klopp uğursuzluqlara görə azarkeşlərdən üzr istəyib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, o, azarkeşlərə yazığı gəldiyini deyib:
"Çünki onlar bizdən gözlədikləri nəticələri ala bilmədilər. Onlardan üzr istəyirəm. Uğursuzluqlara görə 100 faiz məsuliyyət daşıyıram. Həqiqətən də bu, yaxşı vəziyyət deyil. Bilirəm ki, bizimlə bağlı mənfi rəylər var. Bunu başa düşürəm. Amma stadiondakı azarkeşlərə minnətdaram, onlar inanılmazdır".






