Logo

İbrahimoviç klubsuz qalacaq?

İbrahimoviç klubsuz qalacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Milan"ın növbəti mövsüm üçün transfer planları məlum olub.

Sfera.az xəbər verir ki, İtaliya A Seriyası klubu bir neçə futbolçu ilə yolları ayıracaq. Onlardan biri Zlatan İbrahimoviçdir. İsveçli forvardla müddəti başa çatacaq müqavilə yenilənməyəcək. Buna 41 yaşlı hücumçunun tez-tez zədələnməsi səbəb olub.

Bundan başqa, Divok Origi də rəhbərliyin növbəti mövsüm üçün planlarına daxil deyil. Əvəzində Rafael Leau və Olivye Jiru ilə yeni müqavilələr imzalanacaq.

"Milan" heyətinə mərkəz hücumçusu, sağ vinger və dayaq yarımmüdafiəçisi cəlb etməyə çalışacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR