Logo

Benzema het-triklə tarixə düşdü, “Real Madrid”dən darmadağın - VİDEO     

Benzema het-triklə tarixə düşdü, “Real Madrid”dən darmadağın - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniya La Liqasında XXVII tur davam edir.

Sfera.az xəbər verir ki, “Real Madrid” “Valyadolid”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 6:0.

Madridlilərə qələbə qazandıran qolları Kərim Benzema (3), Rodriqo, Marko Asensio və Lukas Vaskes vurublar. Het-trik edən Benzema “kral klubu”nun tarixində ardıcıl 11 mövsüm 20-dən artıq qol vuran ilk futbolçu olub.

Qələbə sayəsində xallarını 59-a çatdıran “Real Madrid” yenidən lider “Barselona” ilə xal fərqini 12-yə çatdırıb və 2-ci pillədədir. “Valyadolid” 28 xalla 16-cıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR