Logo

Kadi “Krasnodar”da növbəti qolunu vurdu - VİDEO

Kadi “Krasnodar”da növbəti qolunu vurdu - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Sfera.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin çıxış etdiyi “Krasnodar” səfərdə autsayder "Ximki" ilə qarşılaşıb.

Qonaqlar rəqibinə 6:0 hesabı ilə qalib gəlib.

Kadi 46-cı dəqiqədə meydana çıxıb. Braziliyalı yarımmüdafiəçinin oyuna girməsindən sonra komandası 5 qol vurub.

Krasnodarlıların 4-cü qolunun müəllifi isə Kadi olub. O, 63 dəqiqədə fərqlənib. Beləliklə, Kadi yeni komandasında meydana çıxdığı 4-cü oyunda 3-cü qolunu vurub.

Qeyd edək ki, “Krasnodar” 21 oyuna 32 xalla 8-ci pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR