Logo

Azərbaycan çempionatı oyununda 11 qol vuruldu

Azərbaycan çempionatı oyununda 11 qol vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilir.

Sfera.az xəbər verir ki, “Araz Naxçıvan”la “Turan Tovuz”un oyunu məhsuldarlığı ilə diqqət çəkib.

Tovuzda keçirilən qarşılaşmada 11 qol vurulub. Qonaqların 6:5 hesablı qələbə qazandıqları qarşılaşmada toplardan ikisini komandalar öz qapılarına vurublar. Maraqlıdır ki, avtoqollar ardıcıl - 29 və 30-cu dəqiqələrdə qeydə alınıblar.

I Divizion

XXII tur

“Turan Tovuz-2” - “Araz Naxçıvan” - 5:6

“Turan Tovuz-2”: Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (öz qapısına), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71

“Araz Naxçıvan”: Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (öz qapısına), Fəhmin Muradbəyli, 72

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR