"AFFA-dakılar futboldan anlasaydılar, bilərdilər ki, De Byazi..." - Ceyhun Sultanovdan SƏRT SÖZLƏR

“Ən böyük günah baş məşqçidədir”.

 

Bunu Sfera.az-a açıqlamasında futbol mütəxəssisi, keçmiş futbolçu Ceyhun Sultanov milli komandanı n İsveçə 0:5 hesablı məğlubiyyətinə münasibət bildirərkən deyib.

 

Müsahibimiz fikirlərini bu cür davam etdirib:

 

““0:5”-ə şərh də vermək, “yaxşı oynadıq, amma uduzduq”, demək də olmur. Bu hesabın şərhi yoxdur. Buna cavabdeh olan şəxslər var və onlar reaksiya verməlidirlər. Bir adam ki, sağ cinahda Höccət Haqverdiyevi çıxarıb Cəlal Hüseynovu qoyursa, bundan sonra məşqçi ilə bağlı nə şərh verə bilərəm?

 

Canni De Byazi ola bilər ki, AFFA-nı aldatmaq, inandırmaq üçün oyunla bağlı müsbət çıxış edib, amma bunu orada deyə bilərdi – bəlkə, orada heç futbol adamları yoxdur. Futbolu bilsəydilər, De Byazi baş məşqçi olmamalı idi”.

 

C.Sultanov həmçinin, baş məşqçinin istefa etməsi ehtimalından da söz açıb:

 

“İstefa nəticə olmayanda verilir, De Byazi imzaladığı müqaviləni pozsa, pul ala bilməyəcək. Hara gedir? Əslində Azərbaycana qayıdandan sonra AFFA rəhbərliyi yığılıb onu yola salmalı idi. Biz bundan xeyir görməyəcəyik. 5 oyundur, o və onun ətrafında olanlar bütün xalqı aldatdı ki, Azərbaycan komandasında irəliləyiş var. Əfsuslar olsun!

 

Birinci yerə sahib olmaq bizim üçün bilirsiniz nədir? – Cənnətə gedən yol...

 

Milli komandanın qazanmağa potensialı var? Yoxdur!  De Byazi AFFA-da oturan insanları çox gözəl aldada bilib. Təəssüf ki, bu gün AFFA-da oturan insanlar indi “De Byazi ilə əl-ələ verib futbolu inkişaf etdirməliyik”, deyirlər, amma Qurban Qurbanovla əl-ələ verəndə nədənsə onun əlində xəstəlik varmış və  onlara keçəcəkmiş kimi davranırdılar”.

 

Nuh Tarverdiyev


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...