"Qarabağ" - "Qalatasaray" oyununda ikinci hissə başladı
Kateqoriya məlum deyil
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyununun ikinci hissəsi başlayıb.
Sfera.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib.
Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.






