Logo

"Barselona" "türkiyəli Messi"ni transfer edir

"Barselona" "türkiyəli Messi"ni transfer edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Barselona" "Fənərbağça"nın gənc ulduzu Arda Güləri heyətinə qatmaq istəyir.

Sfera.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb. Xəbərə görə, Kataloniya təmsilçisi İstanbul klubunun Avropa Liqasında "Sevilya" ilə ( ilk oyun - 0:2, cavab oyunu - 1:0) keçirdiyi oyunda "türkiyəli Messi" adlandırılan futbolçunun oyununa heyran qalıb. İddia olunur ki, "Barselona" 18 yaşlı oyunçunun 5 milyon avro olan sərbəst qalma məğləğindən istifadə edərək, transfer etmək istəyir

Mənbənin verdiyi  məlumata görə, "Fənərbağça"da ümumilikdə 630 dəqiqə (3 qol, 2 asisst) oynayan futbolçu bu göstəricini 1500 dəqiqəyə çatdırsa, müqaviləsi avtomatik uzanacaq.

Arda ilə maraqlananlar arasında "Atletiko" (Madrid), "Sevilya", "Arsenal" kimi klubların olduğu bildirilir. Hətta, İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "sarı-lacivərtlilər" Türkiyə millisinin üzvü ilə sözləşmə yeniləcəyi təqdirdə, "topçular"ın bu keçid üçün 20 milyon avro ödəməyə hazır olduğu deyilir.

Qeyd edək ki, bir müddət öncə "Fənərbağça"nın Arda ilə müqaviləni yeniləyib, 5 milyon avro olan sərbəst qalma bəndini götürmək üçün danışıqlar aparması barəsində informasiyalar yayılmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR