Logo

Ermənistan millisi Türkiyə ilə matça bu 11-liklə çıxacaq

Ermənistan millisi Türkiyə ilə matça bu 11-liklə çıxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Ermənistan milli komandasının məşqçilər korpusu 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə ilə qarşıdakı oyun üçün komandanın yekun siyahısını açıqlayıb.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, siyahıdakı adlar aşağıdakı kimidir:

Qapıçılar: Stanislav Buçnev - Pyunik, Arsen Beqlaryan - "Urartu", Arman Nersesyan - ÇSKA (Ermənistan);

Müdafiəçilər: Yerjanik Qubasaryan - "Noah", Varazdat Haroyan - Anortosis (Kipr), Georgi Arutyunyan - Krasnodar (Rusiya), Taron Voskanyan - Alaşkert, Erik Piloyan - "Urartu", Nair Tiknizyan - Lokomotiv (Rusiya), Kamo Oqanesyan (Astana) , Jirayr Marqaryan - "Urartu"";

Yarımmüdafiəçilər: Eduard Spertsyan - Krasnodar (Rusiya), Uqoçukvu İva - Urartu, Xoren Bayramyan - Rostov (Rusiya), Tiqran Barseqyan - Slovan (Slovakiya), Edqar Babayan - Randers (Danimarka), Vahan Biçaxçyan - Çeyz (Polşa), Davidyan - Pyunik, Karen Muradyan - Ararat-Ermənistan, Lukas Selarayan - Columbus Crew (ABŞ);

Hücumçular: Norberto Briasko Balekyan - "Boka Xuniors" (Argentina), Sarqis Adamyan - "Köln" (Almaniya).

Xatırladaq ki, Aleksandr Petrakovun rəhbərlik etdiyi Ermənistan millisi martın 25 -də Türkiyə yığması ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu keçirəcək. Martın 28-də Petrakovun komandası Kipr millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Ermənistan millisi D qrupunda çıxış edir və onun rəqibləri Xorvatiya, Türkiyə, Uels və Latviya milliləridir.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR