Pelenin ölüm yatağında adını çəkdiyi Maria kimdir? – Əfsanəvi futbolçu sərvətini niyə ona vəsiyyət edib...

Pelenin ölüm yatağında adını çəkdiyi Maria kimdir? – Əfsanəvi futbolçu sərvətini niyə ona vəsiyyət edib...

29 dekabr 2022-ci ildə düz bağırsağın xərçəngindən vəfat etmiş əfsanəvi futbolçu Pele vəsiyyətində təkcə yeddi rəsmi övladından deyil, həm də 1980-ci illərdə qeyri-rəsmi münasibətdə olduğu qadından olan Maria do Socorro Azevedo adlı qız övladından bəhs etmişdi.

 

Sfera.az bildirir ki, əgər DNT testləri müsbət nəticələnərsə, o zaman Maria do Socorro Azevedo məşhur futbolçunun sərvətinin müəyyən bir hissəsini alacaq.

 

"Pele vəsiyyətində onun qızı ola biləcək Maria do Socorro Azevedodan bəhs edib və DNT testi atalığını təsdiqləyərsə, var-dövlətinin bir hissəsini ona vəsiyyət edib. Görünür, Pele bu vəsiyyətdən ailəsini başqa bir varis haqqında məlumatlandırmaq üçün istifadə edib”, deyə Pele ailəsinə yaxın mənbə bildirib.

 

Daha əvvəl isə məlum olmuşdu ki, Pelenin övladlığa götürdüyü qızı Jemima Lemos Makmahon da Pelenin varisi elan olunması üçün Braziliya məhkəmələrinə ərizə verib. Qeyd edək ki, Jemimanın anası Assuriya Pelenin ikinci həyat yoldaşı idi.

 

Ancaq sağlığında futbol əfsanəsinə çevrilən futbolçunun sərvəti çoxsaylı varislərə çatacaq qədər böyük deyil. İddialara görə, onun sərvəti 12 ilə 75 milyon funt sterlinq civarında qiymətləndirilir.

 

Xatırladaq ki, əfsanəvi futbolçu üç dəfə evlənib. Bu evliliklərdə onun yeddi övladı olub. Oğlu Edinyo da futbolçudur.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...