Logo

Azərbaycanın tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq.

Federasiyadan Sfera.az-a verilən məlumata görə, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək.

Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov, Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.

Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR