Logo

Güləşçilərimiz vətənə qayıtdı - FOTOLAR

Güləşçilərimiz vətənə qayıtdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə millimiz dünən vətənə qayıdıb.

Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın təntənəli qarşılanma mərasimi keçirilib.

3 qızıl və 1 gümüş medalla tarixi uğura imza atan yığmanın üzvlərini Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər, məşqçilər, idmançıların ailə üzvləri və yeniyetmə güləşçilər qarşılayıb.

Gənclərdən ibarət millinin məşqçisi Emin Əhmədov komandanın çıxışı ilə bağlı bunları deyib:

“Komanda uğurlu çıxış etdi. Bu yaş qrupu elədir ki, heyət həm gənclərdən, həm də böyüklərdən formalaşır. Bu il U-23 Avropa çempionatında tam heyətlə çıxış etdik. Ötən ilki nəticəni daha da yaxşılaşdırdıq. Əlbəttə, bundan da yaxşı nəticə gözləyirdik. Ancaq idmanda belə hallar. Bəzən yarış günündə güləşçi istənilən səviyyədə olmur, bəzən müəyyən səhvlər sözünü deyir. Hər xırda detalın öz rolu var. Həm biz məşqçilər, həm də güləşçilər bu səhvlərin üzərində işləməliyik. Bu yaş qrupunda fərqlənən idmançıların əksəriyyəti böyüklər arasında da Avropa və dünya çempionu olur. Ona görə də bu yarışda uğur qazanan güləşçilərimizdən böyüklər arasında da yüksək nailiyyətlər gözləyə bilərik”.

Daha sonra Avropa çempionatının qalibləri - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq), eləcə də gümüş medal qazanan Xasay Həsənli (77 kq) öz çıxışları haqqında danışıblar.

Xatırladaq ki, millimiz bu yarışda medalların əyarına görə 1-ci yeri tutub. Həmçinin komandamız toplanan xallara və medalların əyarına görə öz rekordunu yeniləyib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR